Misir və Türkiyə fələstinlilərlə bağlı çağırış ediblər

05.02.2025

Operativ MM portalından əldə olunan məlumata əsasən, Icma.az xəbər verir.

Türkiyənin xarici işlər naziri Hakan Fidan və misirli həmkarı Badr Abdel Aateen Ankarada keçirilən görüşdə ABŞ prezidenti Donald Trampın qəzzalıların Misir və İordaniyaya köçürülməsi çağırışına toxunaraq, fələstinlilərin didərgin salınmasına qarşı olduqlarını bir daha bəyan ediblər.

"Operativ Məlumat Mərkəzi-OMM" xəbər verir ki, bu barədə “Əl-Cəzirə” məlumat yayıb.

Hər iki ölkənin rəsmiləri Fələstin xalqının qətiyyətinə, öz torpaqlarına və qanuni hüquqlarına sadiqliyinə güclü dəstəyini ifadə ediblər.

Bəyanatda deyilir ki, bu addımlar regionun sabitliyinə təhlükə yaradır və münaqişənin genişlənməsinə töhfə verir, xalqlar arasında sülh və birgəyaşayış perspektivlərinə zərbə vurur.

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
Читать полностью