MisirAzərbaycan Dostluq Cəmiyyətində xatirə guşəsi yaradılıb AZƏRTAC

26.12.2024

Icma.az, Azertag portalına istinadən məlumat verir.

Qahirə, 26 dekabr, AZƏRTAC

Misirdə fəaliyyət göstərən Misir-Azərbaycan Dostluq Cəmiyyətində “Azərbaycan Hava Yolları” aviaşirkətinin Bakı-Qroznı reysini yerinə yetirən sərnişin təyyarəsinin qəzaya uğraması nəticəsində həyatını itirən insanların xatirəsinə anım guşəsi yaradılıb.

Cəmiyyətdən AZƏRTAC-a bildirilib ki, Misirdə yaşayan soydaşlarımız, Cəmiyyətdə təhsil alan misirli tələbələr gələrək anım guşəsinə güllər düzüb, qəza nəticəsində həlak olanların xatirəsini hörmətlə anıb, yaralananlara şəfa arzulayıblar. Anım günü həlak olanların ruhlarına Qurani-Kərim oxunub.

Misir-Azərbaycan Dostluq Cəmiyyətinin sədri Seymur Nəsirov çıxış edərək bildirib ki, Misir ictimaiyyətinin nümayəndələri də zəng edərək və cəmiyyətə gələrək öz başsağlıqlarını bildiriblər.

Şıxəli Əliyev

AZƏRTAC-ın xüsusi müxbiri

Qahirə

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
Читать полностью