Icma.az bildirir, Olke.az saytına əsaslanaraq.
Arxeoloqlar Misirdə qədim sümükdən hazırlanmış fit tapıblar. Onun yerli asayiş keşikçiləri (polis) tərəfindən istifadə edildiyi güman edilir.
Ölkə.az xəbər verir ki, tapıntının yaşı təxminən 3300 ildir.
Əşya Axetaton – firon Exnatonun (başqa adı Amenhotep IV) təsis etdiyi qədim Misir paytaxtında aparılan qazıntılar zamanı aşkarlanıb. Alimlər sümük artefaktını hələ 2008-ci ildə xarabalıqlar arasında aşkar edib, ancaq onu indi təhlil ediblər.
Tapıntı inəyin birinci falanqasından hazırlanıb və ilk baxışda çox da diqqətçəkici görünmür. Alimlər isə nəticəyə gəliblər ki, bu sümükdən hazırlanmış əşya fitdir. Qədim Misir ərazisində sümük fit ilk dəfədir aşkarlanır.
Tədqiqatçıların qeyd etdiyinə görə, adi misirlilərin həyatı barədə nisbətən az məlumat var, baxmayaraq ki, alimlər fironların abidə və qəbirlərinin öyrənilməsinə daha çox diqqət yetirirlər.
Həmidə İbrahimova