Modern.az saytından əldə olunan məlumata görə, Icma.az məlumat yayır.
Misirdə baş verən yol-nəqliyyat hadisəsi və ardınca baş verən yanğın nəticəsində 30 nəfər həlak olub, daha 15 nəfər xəsarət alıb.
Modern.az xəbər verir ki, bu barədə “Cairo 24” nəşri ölkənin Səhiyyə və Əhali Nazirliyinə istinadən məlumat yayıb.
Hadisə Giza əyalətinin İmbaba bölgəsində, Əl-Varaq rayonunda baş verib.
Xilasetmə əməliyyatına 39 təcili tibbi yardım avtomobili cəlb olunub. Yaralılar xəstəxanalara çatdırılıblar.
Misirin səhiyyə naziri Xalid Abdel Qaffar nazirliyin Mərkəzi Böhran Mərkəzinin və hadisə bölgəsindəki xəstəxanaların hazırlıq səviyyəsinin artırılması barədə göstəriş verib.