Misirdə ağır yol qəzası: Azərbaycanlılar yaralandı

14.11.2025

GlobalInfo portalından alınan məlumata görə, Icma.az xəbər verir.

Misirdə son bir həftədə Qırmızı dəniz kurort bölgəsində ikinci dəfə ağır yol qəzası baş verib.

Globalinfo.az RİA Novosti-nin məlumatına görə, Marsa Alam-El Quseir avtomobil yolunda minik avtomobili ilə turist mikroavtobusu toqquşub.

Hadisə nəticəsində bir Misir vətəndaşı həyatını itirib, beşi rus, ikisi azərbaycanlı olmaqla yeddi nəfər yaralanıb. Yaralılar yaxınlıqdakı xəstəxanalara yerləşdirilib, onlara tibbi yardım göstərilir.

Yerlik mənbələrin bildirdiyinə görə, son aylarda Qırmızı dəniz ərazisində turistləri daşıyan nəqliyyat vasitələrinin iştirakı ilə baş verən qəzalarda artım müşahidə olunur. Hadisənin səbəbləri araşdırılır.

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
Читать полностью