Icma.az, Bizimyol portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.
Bizimyol.info xəbər verir ki, bu barədə "Live Science" nəşri məlumat yayıb.
Qazıntı işlərinə arxeoloq Massimiliano Nuzzolo rəhbərlik edir. Tədqiqatlar zamanı alimlər üzərində heroqlif yazıları olan daş bloklardan inşa edilmiş sütunlu giriş portikini aşkar ediblər. Yazılarda Beşinci sülaləyə mənsub firon Niuserrenin adı çəkilir. Araşdırmaçıların fikrincə, məhz onun əmri ilə sözügedən “günəş məbədi” tikilib.
Ən mühüm tapıntılardan biri daş bloklar üzərində həkk olunmuş dini tədbirlər təqvimi olub. Bu təqvimdə Ra, Min və Sokar tanrıları ilə bağlı bayramlar sadalanır. Blokların yerləşməsinə əsasən demək olar ki, bu təqvim məbədin giriş fasadını bəzəyib və ehtimal ki, yalnız ibadət məqsədi daşımayıb, eyni zamanda simvolik məna daşıyıb.
Bundan əlavə, arxeoloqlar “sene” adlı stolüstü oyuna aid taxta fişlər tapıblar. Bu tapıntı göstərir ki, müəyyən dövrlərdə qədim Misir məbədləri təkcə dini ayinlər üçün deyil, həm də gündəlik həyatda istifadə olunub və zamanla funksional təyinatını dəyişib.
Alimlər araşdırmaları davam etdirirlər və gələcək qazıntıların "Günəş" məbədlərinin Qədim Misirin dini və ictimai həyatındakı rolunu daha dərindən anlamağa imkan verəcəyinə ümid edirlər.
Qadir, Bizimyol.info