Azertag saytından əldə olunan məlumata görə, Icma.az məlumat yayır.
Qahirə, 30 dekabr, AZƏRTAC Misir hökuməti avtomobillərin ölkəyə idxalı qaydalarını sərtləşdirib.
AZƏRTAC “əl-Arabiyyə” tv kanalına istinadla xəbər verir ki, Misirin investisiya və xarici ticarət naziri Həsən əl-Xətib ölkədə avtomobil bazarını tənzimləmək məqsədilə 319 saylı qərarı imzalayıb.
Bu qərar avtomobil idxalına dair qaydaların sərtləşdirilməsini nəzərdə tutur.
Yeni qaydalara görə, şəxs yalnız şəxsi istifadə üçün hər 5 ildə bir avtomobil idxal edə bilər.
Bu halda idxalçı maliyyə vəziyyətinin uyğunluğunu sübut edən bank hesabı çıxarışının təqdim etməlidir.
Avtomobilin alınması üçün ödəniş Misir bankları vasitəsilə olmalıdır.
Yeni qaydalar diplomatlara, eləcə də xaricdə yaşayan və işləyən misirlilərə şamil edilmir.