Icma.az bildirir, Unikal.az saytına əsaslanaraq.
Misirdə turistləri daşıyan avtobus qəzaya uğrayıb.
"Unikal" xarici mediaya istinadən xəbər verir ki, qəza Sinay yarımadasının cənubunda baş verib, 35-dən çox xarici turisti daşıyan avtobus Ras Sidr bölgəsində yolda aşıb.
Xəsarət alan turistlərin əksəriyyəti - 31 nəfər Rusiya və Ukraynadan, daha 3 nəfər isə Azərbaycandandır.
Yaralıların hamısı xəstəxanalara çatdırılıb və onlara tibbi yardım göstərilir.