Misirdə baş verən qəzada azərbaycanlı ailə yüngül xəsarətlər alıb XİN

10.11.2024

Milli.az portalından alınan məlumata görə, Icma.az xəbər verir.

Misirdə avtomobil qəzasına düşmüş azərbaycanlı ailə (3 nəfər) ilə Misirdəki səfirliyimiz tərəfindən əlaqə saxlanılıb.

Azərbaycan Xarici İşlər Nazirliyinin (XİN) sözçüsü Ayxan Hacızadə Trend-in sorğusuna cavab olaraq bildirib ki, həmvətənlərimiz yüngül xəsarətlər alıblar.

"Vəziyyətləri yaxşıdır. Artıq mehmanxanadadırlar və heç bir şikayətləri yoxdur", - deyə Hacızadə bildirib.

Milli.Az

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
Читать полностью