Misirdə fabrikdə baş verən yanğın zamanı 8 nəfər ölüb, 35 i xəsarət alıb

26.09.2025

Azertag saytından alınan məlumatlara görə, Icma.az xəbər verir.

Qahirə, 26 sentyabr, AZƏRTAC

Bu gün səhər saatlarında Misirin şimalında yerləşən əl-Ğarbiyyə qubernatorluğunun əl-Mahallə əl-Kubra rayonunda geyim fabrikində baş verən yanğın nəticəsində 8 nəfər ölüb, 35-i xəsarət alıb.

AZƏRTAC Misirin Səhiyyə Nazirliyinə istinadla xəbər verir ki, yaralılar xəstəxanaya yerləşdiriliblər.

Şahidlərin bildirdiyinə görə, yanğın təzyiqin artması nəticəsində fabrikin qazanlarının partlaması ilə başlayıb. Nəticədə fabrikin binasında dağıntılar və çökmə baş verib.

Zərərçəkənlərin sayının artacağı ehtimal olunur. Mülki müdafiə qüvvələri axtarış işlərini davam etdirirlər.

Şıxəli Əliyev

AZƏRTAC-ın xüsusi müxbiri

Qahirə

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
Читать полностью