Misirdə faciə: 30 nəfər yanğında öldü

26.11.2026

Icma.az, Modern.az portalına istinadən məlumat yayır.

Misirdə neft məhsulları daşıyan avtomobil sisterninin aşması və yanması nəticəsində 30 nəfər ölüb, daha 15 nəfər yaralanıb.

Modern.az-ın "Reuters"ə istinadən verdiyi məlumata görə, bu barədə ölkənin Səhiyyə Nazirliyi məlumat yayıb.

Bildirilib ki, neft məhsulları daşıyan avtomobil Misirin Giza mühafəzəsində əsas dairəvi avtomobil yolunda aşıb və yanmağa başlayıb.

Hadisə ilə bağlı digər təfərrüatlar açıqlanmayıb.

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью