Misirdə göyərtəsində 30dan çox turist olan yaxta batıb

25.11.2024

Ayna saytından əldə olunan məlumata görə, Icma.az məlumat yayır.

Helikopter və dəniz qüvvələrinin cəlb olunduğu axtarışlar davam edir

Göyərtəsində 30-dan çox turistin olduğu yaxta Misirin Marsa Alam şəhərinin şimalında, Şaab Sataye bölgəsində batıb. Bu barədə AYNA xarici mediaya istinadən bildirir.

Qeyd olunub ki, yaxtada 31 turist və 14 ekipaj üzvü olub.

Yaxta çoxgünlük dalğıc turunun bir hissəsi olaraq Marsa Alamdakı Porto Qalibdən Hurqadaya üzürmüş.

Məlumata görə, xilasetmə əməliyyatına başlanılıb. Helikopter və dəniz qüvvələrinin cəlb olunduğu axtarışlar davam edir.

Vurğulanıb ki, yaxtanın sərnişinlərindən bəziləri sağ tapılıb.

Yaxta batan yerlərdə köpəkbalığının çox olması axtarışı çətinləşdirir.

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью