Misirdə helikopter qəzaya uğradı: Ölənlər var

06.11.2024

Cebheinfo portalından əldə olunan məlumata əsasən, Icma.az xəbər verir.

Misir ordusu ölkənin şərq bölgəsində təlim helikopterinin texniki nasazlıq səbəbindən qəzaya uğraması nəticəsində iki zabitin həlak olduğunu açıqlayıb.

"Cebheinfo.az" xəbər verir ki, Misir ordusundan verilən açıqlamaya görə, Hərbi Hava Qüvvələrinin təlim fəaliyyəti zamanı Süveyş şəhərinin Əl-Şəlufa bölgəsində helikopter “texniki nasazlıq nəticəsində” qəzaya uğrayıb.

Təlim helikopterinin qəzaya uğraması nəticəsində iki zabit həyatını itirib.

Açıqlamada məsələ ilə bağlı araşdırma aparıldığı və lazımi tədbirlərin görüldüyü bildirilib.

Nigar Hacılı
"Cebheinfo.az"

Bizi Telegramda izləyin

Problemlərinizi bizə yazın, şahidi olduğunuz hadisələri çəkib göndərin

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
Читать полностью