Misirdə hərbi helikopter qəzaya uğradı Ölənlər var

06.11.2024

Icma.az, News24 portalına istinadən məlumat yayır.

Misirin şərqində Süveyş kanalı yaxınlığında hərbi helikopterin qəzaya uğraması nəticəsində iki Hərbi Hava Qüvvələri zabiti həlak olub.

News24.az TASS-a istinadən bildirir ki, bu barədə ölkənin Silahlı Qüvvələrinin rəsmi nümayəndəsi Qərib Abdel Hafiz məlumat verib:

“Helikopter Hərbi Hava Qüvvələrinin planlaşdırılmış təlimi zamanı Şaluf bölgəsində (Süveyş kanalının sahilində yerləşir) qəzaya uğrayıb. İnsident nəticəsində iki zabit həlak olub”.

Onu da qeyd edək ki, ilkin məlumatlara görə, helikopterin qəzaya uğramasına səbəb texniki nasazlıq olub.

Günel Məlikzadə

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью