Misirdə parlament seçkiləri keçirilir

10.11.2025

Icma.az xəbər verir, Cebheinfo saytına əsaslanaraq.

Misirdə parlament seçkiləri çərçivəsində bu səhər 14 vilayətdə başlayan səsvermə davam edir.

"Cebheinfo.az" xəbər verir ki, səsvermə saat 09:00-da başlayıb və 21:00-da başa çatacaq.

Seçkilər iki mərhələdə keçirilir.Birinci mərhələdə 14 vilayətin, ikinci mərhələdə isə 13 vilayətin seçiciləri səs verir.

Seçkilərin birinci mərhələsində 1 281, ikinci mərhələsində isə 1 316 nəfər olmaqla ümumilikdə 2 597 namizəd yarışır.

Seçkilərin nəticələri ikinci mərhələ başa çatdıqdan sonra, 2 dekabrda açıqlanacaq.

Misirdə təxminən 69 milyon seçici var. Parlament üzvləri 5 illik müddətə seçilir və üzvlərin sayı 450-dən az ola bilməz.

Prezident isə parlament üzvlərinin maksimum 5 faizini təyin etmək səlahiyyətinə malikdir.

Nigar Hacılı 
"Cebheinfo.az"

Problemlərinizi bizə yazın, şahidi olduğunuz hadisələri çəkib göndərin

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
Читать полностью