Misirdə partlayış: ölənlər var

30.04.2025

Icma.az, Axar.az portalına istinadən məlumat verir.

Misirin Sitt-Oktobr şəhərində qaz kəmərində partlayış baş verib.

Axar.az xəbər verir ki, bu barədə "Youm7" portalı məlumat yayıb.

Bildirilir ki, partlayış nəticəsində 3 nəfər həlak olub, 18 nəfər yaralanıb. Yaxınlıqda dayanan bir neçə avtomobil də yanıb.

İlkin məlumata görə, hadisəyə borudan qaz sızması səbəb olub. Hazırda yerli prokurorluq hadisənin başvermə şəraitini araşdırır.

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
Читать полностью