Misirdə partlayış: ölənlər var

01.05.2025

Icma.az, Bakivaxti portalına istinadən məlumat yayır.

Misirin Sitt-Oktobr şəhərində qaz kəmərində partlayış baş verib.

Bakıvaxtı.az xəbər verir ki, bu barədə "Youm7" portalı məlumat yayıb.

Bildirilir ki, partlayış nəticəsində 3 nəfər həlak olub, 18 nəfər yaralanıb. Yaxınlıqda dayanan bir neçə avtomobil də yanıb.

İlkin məlumata görə, hadisəyə borudan qaz sızması səbəb olub. Hazırda yerli prokurorluq hadisənin başvermə şəraitini araşdırır.

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью