Misirdə qədim məbədin yanında 3 minillik izlər tapılıb

23.09.2026

Icma.az xəbər verir, Xalq qazeti saytına əsaslanaraq.

Bizi Telegram-da da izləyə bilərsiniz:@xqazeti

Misirdə arxeoloqlar qədim Sexmet məbədi ərazisində maraqlı tapıntılar aşkarlayıblar. Misir-Çin arxeoloji ekspedisiyası məbədin yaxınlığında yaşayış kompleksinin qalıqlarını və üzüm toxumlarının da tapıldığı daşdan hazırlanmış qədim şərab istehsalı qurğusu üzə çıxarıb.

Ərazidən həmçinin daş bloklar, heykəl parçaları, saxsı qablar, amuletlər və digər artefaktlar tapılıb. Tapıntıların bir hissəsi xüsusilə II Ramzesin hakimiyyəti dövrünə, yəni Yeni Krallıq mərhələsinə aid edilir.

Sexmet məbədi qədim Memfis şəhərinin əsas dini komplekslərindən birinin tərkib hissəsi olub. Alimlər bildirirlər ki, yeni kəşflər məbədin ətrafında insanların əsrlər boyu necə yaşadığını və ərazinin zamanla necə dəyişdiyini daha ətraflı öyrənməyə imkan verəcək.

Hazırladı:
Səadət Rzayeva
XQ

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
Читать полностью