Misirdə Qəzza sammiti başlayır, Tramp Azərbaycan Prezidentini salamlayıb

13.10.2025

Apa.az saytından verilən məlumata görə, Icma.az xəbər verir.

Misirin Şarm əl-Şeyx şəhərində Qəzza sammiti başlayır.

APA xəbər verir ki, ABŞ Prezidenti Donald Tramp sammitdə iştirak edən dövlət və hökumət başçılarını, o cümlədən Azərbaycan Prezidenti İlham Əliyevi qarşılayaraq salamlayıb.

Qeyd edək ki, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Amerika Birləşmiş Ştatlarının Prezidenti Donald Trampın və Misir Ərəb Respublikasının Prezidenti Əbdülfəttah əs-Sisinin dəvəti ilə Yaxın Şərq Sülh Sammitində iştirak etmək üçün Misirdə işgüzar səfərdədir.

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
Читать полностью