Misirdə qitələrarası “Medusa” fiberoptik kabel layihəsinin çəkilməsi yekunlaşır

23.10.2025

Azertag portalından alınan məlumata görə, Icma.az xəbər verir.

Qahirə, 23 oktyabr, AZƏRTAC

Misir Avropaya uzanan "Medusa" adlı dənizaltı fiberoptik kabel layihəsinin icrasının tamamlanmaq üzrə olduğunu bildirib.

AZƏRTAC “albawabhnews” saytına istinadla xəbər verir ki, layihə çərçivəsində Port Səid şəhərində yerləşəcək enmə stansiyasının 2027-ci ilə qədər hazır olacağı gözlənilir. Bu layihə Aralıq dənizinin iki sahilini yüksək sürətli müasir şəbəkə ilə birləşdirərək rabitə sahəsində keyfiyyətcə yeni mərhələ yaradacaq.

Bundan əlavə, Misir peşə təhsili sahəsində hökumətlər, təhsil müəssisələri və işəgötürənlərin tərəfdaşlığını əhatə edən Avropa Peşə Təlimi Alyansına rəsmi olaraq qoşulduğunu açıqlayıb. Bu alyansın məqsədi peşə təhsilinin keyfiyyətini artırmaq və təcrübəçilərin ölkələrarası hərəkət imkanlarını genişləndirməkdir. Bu da Avropa və qlobal əmək bazarının tələblərinə cavab verə biləcək ixtisaslı kadrların hazırlanmasına töhfə verəcək.

Şıxəli Əliyev

AZƏRTAC-ın xüsusi müxbiri

Qahirə

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью