525.az portalından verilən məlumata əsasən, Icma.az bildirir.
Misirdə qrunt çökməsi nəticəsində 2 mağaza dağılıb.
525.az xarici KİV-ə istinadən xəbər verir ki, hadisə Qahirədə, Əl-Taqammoa rayonunda baş verib.
Gül və şirniyyat mağazaları 15 metrlik çökəkdə bütünlüklə görünməz olub. Qəza nəticəsində 2 nəfər xəsarət alıb. Onlar Yeni Qahirə xəstəxanasına yerləşdiriliblər.
Qeyd edək ki, ilkin araşdırmadan sonra çökməyə yaxınlıqda tikilən yanacaqdoldurma məntəqəsinin ərazisində aparılan qazıntı işləri səbəb olub.
L.Tağıyeva