Misirdə üç Qətər diplomatı yol qəzasında həlak olub

12.10.2025

Icma.az, Azertag saytından verilən məlumata əsaslanaraq xəbər yayır.

Bakı, 12 oktyabr, AZƏRTAC

Misirin Şarm əl-Şeyx şəhərində 3 Qətər diplomatı yol qəzasında ölüb.

AZƏRTAC xarici mediaya istinadla xəbər verir ki, qəza nəticəsində daha iki diplomat yaralanıb.

Məlumata görə, insident Qəzzada atəşkəslə bağlı keçirilən sammit ərəfəsində baş verib, lakin diplomatların Qətər danışıqlar qrupunun tərkibində olub-olmadığı hələlik məlum deyil.

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
Читать полностью