Misirdə yeni inzibati paytaxt tikilir

01.04.2025

Modern.az saytına istinadən Icma.az xəbər verir.

Misirin yeni inzibati paytaxtı - səhrada meqalayihənin tikintisinin birinci mərhələsi başa çatıb.
Modern.az xarici KİV-ə istinadən xəbər verir ki, plana görə, metropolda təxminən 6,5 milyon insan yaşayacaq. Bu, hazırda dünyanın ən böyük tikinti layihələrindən biridir.
Layihənin icrası üçün 59 milyard dollar ayrılıb.

Yeni paytaxt Qahirədən 45 kilometr şərqdə yerləşir.
Misir prezidenti Əbdülfəttah əs-Sisi bu yaxınlarda yeni inzibati paytaxtda əsasən Çin şirkətləri tərəfindən tikilmiş yeni prezident sarayının açılışını edib. İndi çoxsaylı məmurlar ailələri ilə ora köçürlər.
Misirin yeni inzibati paytaxtında Afrikanın ən hündür binası, büllur piramida və qədim günəş tanrısı Ra-nın simvollarından ilhamlanan disk formalı nəhəng saray yer alacaq.

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью