Misirdə yeni kirayə qanunu: 10 milyon nəfər evsiz qala bilər

08.08.2025

Icma.az bildirir, News24 saytına əsaslanaraq.

Misirdə “köhnə kirayə müqavilələri”nə son qoyan yeni qanun qüvvəyə minib. Qanuna görə, kirayə qalanlar müqavilə müddəti bitəndən sonra mənzili boşaltmalı olacaqlar.

News24.az xəbər verir ki, yaşayış evləri üçün bu müddət 7 il, qeyri-yaşayış obyektləri üçün 5 ildir.

Kirayə qiymətləri də kəskin artacaq: varlı bölgələrdə 20 dəfə, orta və aşağı gəlirli bölgələrdə 10 dəfə, qeyri-yaşayış obyektlərində isə 5 dəfə bahalaşacaq. Bundan başqa, keçid dövründə hər il 15% əlavə artım ediləcək. Qanun 10 milyona yaxın insanın evsiz qalmasına səbəb ola bilər.

Xeyrənsə Piriyeva

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью