Misirdə yeni təbii qaz ehtiyatları tapılıb

18.11.2025

Azertag portalından verilən məlumata görə, Icma.az xəbər yayır.

Qahirə, 18 noyabr, AZƏRTAC

Misir “Cumana” kəşfiyyat quyusunda uğurlu qazma işlərindən sonra Qərbi Səhra regionunda yeni təbii qaz ehtiyatları tapdığını elan edib.

AZƏRTAC Misirin Neft və Mineral Ehtiyatlar Nazirliyinə istinadla xəbər verir ki, ilkin qiymətləndirmələrə görə, yataqdan gündəlik 36 milyon kubfut təbii qaz çıxarıla bilər.

Qazıntı işlərini beynəlxalq “Apache” şirkəti həyata keçirir.

Şıxəli Əliyev

AZƏRTAC-ın xüsusi müxbiri

Qahirə

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
Читать полностью