Misirdə yol qəzası: 8 ölü, 25 yaralı

19.04.2025

Bakivaxti portalından əldə olunan məlumata əsasən, Icma.az xəbər verir.

Misirin cənubundakı Minya əyalətində ağır yol qəzası baş verib, 8 nəfər ölüb, 25-i yaralanıb.

Bakıvaxtı.az report-a istinadən xəbər verir ki, yol qəzası Minya əyalətinin Tuna el-Gebel kəndində qeydə alınıb.

Belə ki, yük maşını işçiləri və onların uşaqlarını daşıyan pikapı vurub.

Hadisə yerinə təcili yardım cəlb olunub.

Qəzanın hansı şəraitdə baş verdiyi araşdırılır.

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
Читать полностью