Misirdən İrana XƏBƏRDARLIQ

23.07.2026

Icma.az xəbər verir, Redaktor.az saytına əsaslanaraq.

Misir xarici işlər naziri Bədr Əbdülati Filippinin paytaxtı Manilada keçirilən ASEAN toplantısı çərçivəsində Çin xarici işlər naziri Van Yi ilə ikitərəfli münasibətləri və regional hadisələri müzakirə edib.

Redaktor.az xəbər verir ki, bu barədə Misir Xarici İşlər Nazirliyi məlumat yayıb.

Misir xarici işlər naziri ölkəsinin bölgədə gərginliyin azaldılması və böhranların nəzarət altına alınması istiqamətində göstərdiyi səyləri vurğulayaraq, diplomatik yolun və danışıqların davam etdirilməsinin vacibliyini qeyd edib.

Əbdülati İranın Bəsrə körfəzi ölkələrinə hücumlarını pisləyərək, Misirin həmin dövlətlərlə tam həmrəy olduğunu və Qahirənin onların təhlükəsizliyi və suverenliyinə qarşı istənilən təcavüzə qəti şəkildə qarşı çıxdığını bildirib.

Nazir həmçinin beynəlxalq hüquqa uyğun olaraq beynəlxalq dəniz yollarında gəmiçilik azadlığının qorunmasının zəruri olduğunu vurğulayıb və xəbərdarlıq edib ki, gəmilərin hərəkətinin pozulması qlobal iqtisadiyyata və enerji təhlükəsizliyinə mənfi təsir göstərə bilər.

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
Читать полностью