Icma.az, Bakivaxti portalına istinadən məlumat yayır.
Misir husilərlə mübarizə üçün Səudiyyə Ərəbistanına hərbi yardım göstərdiyini rəsmi şəkildə təsdiqləyib.
Bakıvaxtı.az "The National" qəzetinə istinadən xəbər verir ki, bu barədə Misirin xarici işlər naziri Bədr Əbdül Ati açıqlama verib.
Nazir krallıqda nə qədər əsgərin və hansı silah növünün yerləşdirilməsi barədə məlumat verməyib.
"Səudiyyə Ərəbistanındakı qardaş və bacılarımızın xahişi ilə artıq hərbi varlığımızı yaratmışıq və bunu artırırıq. Qahirə yüzlərlə əsgər, zirehli texnika, "Amun" hava hücumundan müdafiə sistemi və raketlər göndərib", - deyə Əbdül Ati bildirib.
Gülşən Şərif