Misirə uçan təyyarə Səudiyyə Ərəbistanında təcili eniş etdi

09.01.2025

Icma.az, Qafqazinfo portalına istinadən məlumatı açıqlayır.

Efiopiyadan-Qahirəyə uçan təyyarə Səudiyyə Ərəbistanında təcili eniş edib.

“Qafqazinfo” xəbər verir ki, “EgyptAir” şirkətinə məxsus təyyarədə texniki nasazlıq baş verib.

Buna görə də hava gəmisi Səudiyyə Ərəbistanının Ciddə Beynəlxalq Hava Limanına təcili eniş edib.

Məlumata görə təyyarədə 85 sərnişin olub. Onlar “EgyptAir”ə məxsus başqa iki təyyarə ilə Qahirəyə göndərilib.

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
Читать полностью