Misirin Orta Dəhlizlə daşımalara cəlb olunması məsələləri müzakirə olunub AZƏRTAC

15.11.2024

Icma.az, Azertag portalına istinadən məlumat verir.

Bakı, 15 noyabr, AZƏRTAC

Rəqəmsal inkişaf və nəqliyyat naziri Rəşad Nəbiyev Azərbaycanda səfərdə olan Misir Ərəb Respublikasının beynəlxalq əməkdaşlıq naziri Rania Al-Maşatla görüşüb.

Nazirlikdən AZƏRTAC-a bildirilib ki, görüşdə iki ölkə arasında müvafiq sahələrdə əməkdaşlığın genişləndirilməsi, birgə layihələrin həyata keçirilməsi və Misir tərəfinin Orta Dəhlizlə daşımalara cəlb olunması məsələləri müzakirə olunub.

Həmçinin Azərbaycan və Misir arasında hökumətlərarası iqtisadi, texniki və elmi əməkdaşlıq üzrə Müştərək Komissiya çərçivəsində növbəti addımlar, o cümlədən biznes dairələri arasında əməkdaşlığa dair fikir mübadiləsi aparılıb.

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью