Misirli futbolçu Qvardiolanın sərəncamında olacaq

17.01.2025

sport24.az saytından verilən məlumata görə, Icma.az xəbər verir.

"Mançester Siti" heyətini yeni futbolçu ilə gücləndirib. Sport24.az xəbər verir ki, "mavilər" "Ayntraxt"dan Omar Marmuşun transferini həll edib. Bu barədə insayder Fabritsio Romano məlumat yayıb.

İngiltərə klubu yaxın günlərdə misirli yarımmüdafiəçi ilə 5 illik müqavilə imzalayacaq.

Qeyd edək ki, Marmuş bu mövsüm bütün turnirlərdə 26 oyuna 20 qol vurub, 14 məhsuldar ötürmə edib. Transfermarkt portalı misirlinin dəyərini 60 milyon avro qiymətləndirir.

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью