Misirli nazir: Azərbaycan bu gün İslam dünyasının mədəni əməkdaşlıq mərkəzi kimi nümunəvi rol oynayır

08.12.2025

Azertag saytından alınan məlumatlara görə, Icma.az xəbər verir.

Bakı, 8 dekabr, AZƏRTAC

Azərbaycan bu gün təkcə mədəni irsin qorunmasında deyil, eyni zamanda İslam dünyasının yaradıcılıq və mədəni əməkdaşlıq mərkəzi kimi nümunəvi rol oynayır. Biz Misir Ərəb Respublikası olaraq, bu təşəbbüsün regionumuzda mədəni dialoqun genişlənməsinə, tarixi əlaqələrimizin möhkəmlənməsinə və ortaq mənəvi dəyərlərimizin dünyaya tanıdılmasına xidmət etdiyinə inanırıq. Əminik ki, festival İslam dünyasının mədəni gücünü, yaradıcı potensialını və müasir mədəniyyət siyasətini birlikdə

dünyaya nümayiş etdirmək üçün imkan yaradacaq.

AZƏRTAC xəbər verir ki, bu sözləri Bakıda keçirilən “İƏT Mədəniyyət Festivalı: Bakı Yaradıcı Həftə – 2025”in açılış mərasimində Misir Ərəb Respublikasının mədəniyyət naziri Ahmed Fouad Hanno deyib.

Nazir qeyd edib ki, festivalda iştirak edən hər bir yaradıcı nümayəndə, hər bir ekspert və mədəniyyət qurumu ortaq missiyaya – mədəni irsi yaşatmaq, onu gələcək nəsillərə doğru formada ötürmək və eyni zamanda müasir innovativ yanaşmalarla zənginləşdirməyə xidmət edir.

“İslam mədəniyyəti tarix boyu bəşəriyyətin ən dəyərli elmi və estetik irs ocaqlarından biri olub. Bu gün əsrlərdir bizi birləşdirən miras, mədəni əlaqələrin daha da gücləndirilməsi üçün strateji mərhələ kimi yeni reallıq qazanır. Biz bu birgə mədəni mühitin gələcək nəsillər üçün daha kreativ, daha dayanıqlı və daha inklüziv şəkildə formalaşdırılması istiqamətində birgə çalışmağa hazırıq. Çünki mədəniyyət insanların bir-birini anlamasına, qarşılıqlı hörmətin formalaşmasına və sülhün davamlı olmasına xidmət edən ən güclü vasitələrdən biridir. Bu baxımdan, Bakı bu gün yalnız festival məkanı deyil, həm də mədəniyyətlər arasında körpü rolunu oynayan beynəlxalq mərkəz kimi çıxış edir”,-deyə nazir vurğulayıb.

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
Читать полностью