Misirli Xalid əl Ənani UNESCO nun yeni Baş direktoru seçilib

06.10.2025

Azertag saytından alınan məlumata görə, Icma.az bildirir.

Paris, 6 oktyabr, AZƏRTAC

2025-ci il oktyabrın 6-da BMT-nin Təhsil, Elm və Mədəniyyət üzrə Təşkilatının (UNESCO) növbəti baş direktoru vəzifəsinə misirli Xalid əl-Ənani seçilib.

AZƏRTAC xəbər verir ki, UNESCO-nun İcraiyyə Şurası çərçivəsində keçirilən səsvermə nəticəsində əl-Ənaniyə üstünlük verilib. O, fransalı Odri Azuleni əvəz edəcək. Əl-Ənaniyə 55 səs, onun əsas rəqibi – konqolu diplomat Edouard Firmin Matokoya isə cəmi 2 səs verilib. ABŞ səsvermədə iştirak etməyib.

Xalid əl-Ənani daha əvvəl Misirin Turizm və Qədim Abidələr naziri vəzifəsində çalışıb və ölkənin mədəni irsinin beynəlxalq miqyasda tanıdılmasında mühüm rol oynayıb.

Əl-Ənani noyabr ayında UNESCO-ya üzv olan 194 dövlətin rəsmi təsdiqindən sonra vəzifəyə rəsmən başlayacaq.

UNESCO-da bu seçki təşkilatın gələcək istiqamətini müəyyənləşdirəcək önəmli addım kimi qiymətləndirilir.

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
Читать полностью