Misirli yazıçı: Azərbaycanlı ədiblərlə müştərək tədbirlərin təşkil olunmasını arzulayıram …
Icma.az, Azertag portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.
Qahirə, 27 yanvar, AZƏRTAC Qardaş Azərbaycan dövlətinin kitab stendini sevinc hissi ilə ziyarət etdim.
Stenddə ölkənizin mədəniyyəti, tarixi və görkəmli şəxsiyyətləri ilə bağlı maraqlı kitablar nümayiş olunur.
Kitablar arasında Azərbaycanın birinci xanımı Mehriban Əliyevanın ictimai fəaliyyətindən bəhs edən kitabı gördüm.
Onu deyim ki, bir xanım yazıçı kimi qadınların cəmiyyətdə rolu məni sevindirir.
Bu sözləri Misir yazıçısı Muna əl-Şeimi AZƏRTAC-ın müxbirinə müsahibəsində deyib.“Burada Azərbaycanın əsrarəngiz təbiəti barədə, sənətkarlıq nümunələri, xüsusilə də xalçaçılıq haqqında kitablar da mənim marağımı çəkdi.
Azərbaycan stendində sərgilənənlər arasında şairləriniz Nizami Gəncəvi və Məhsəti Gəncəvi yaradıcılığına həsr olunmuş kitabları da gördüm.
Zəngin ədəbi ənənələriniz barəsində çox oxumuşdum. Düşünürəm ki, ölkənizin təbiəti insanı yaradıcılığa həvəsləndirir.
Tam oxu
Xəbəri oxu