Misli Premyer Liqası:

09.03.2025

Icma.az, Yeniazerbaycan saytına istinadən bildirir.

Futbol üzrə Misli Premyer Liqasında XXVI tura start verilib.

AZƏRTAC xəbər verir ki, ilk oyun günündə bir qarşılaşma keçirilib. Günün yeganə matçı "Liv Bona Dea Arena"da "Araz-Naxçıvan"la "Qarabağ" arasında olub. Görüş Ağdam klubunun 3:1 hesablı qələbəsi ilə yekunlaşıb.

Hazırda turnir cədvəlində "Qarabağ" 63 xalla liderdir. "Araz-Naxçıvan" isə 46 xalla üçüncü pillədə qərarlaşıb.

Qeyd edək ki, XXVI turun digər dörd oyunu martın 9-10-da keçiriləcək.

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью