Misli Premyer Liqası: ArazNaxçıvan ilk dəfə birincidir

09.12.2024

Icma.az, Cbcsport portalına istinadən məlumat verir.

"Araz-Naxçıvan" tarixdə ilk dəfə Azərbaycan çempionatında turu birinci pillədə başa vurub.

Bu, Misli Premyer Liqasının XVI turunda reallaşıb.

Naxçıvan təmsilçisi “Səbail” üzərində 2:0 hesablı qələbə ilə xallarının sayını 39-a çatdırıb. Bir xal geri qalan “Qarabağ”ın ehtiyatda bir oyunu qalsa da, Naxçıvan klubu turu zirvədə bitirib.

Bu, ölkə çempionatları tarixində ilk belə hadisədir. “Araz-Naxçıvan” bunadək heç vaxt turu 1-ci yerdə bitirməyib.

Qeyd edək ki, Naxçıvan klubu Premyer Liqada 4-cü mövsümünü keçirir. Daha bir dəfə isə komanda yarışı başa vurmayıb.

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью