Misli Premyer Liqası: “ArazNaxçıvan” liderliyə yüksəlib AZƏRTAC

07.12.2024

Azertag saytından alınan məlumatlara görə, Icma.az xəbər verir.

Bakı, 7 dekabr, AZƏRTAC

Misli Premyer Liqasında XVI tura start verilib.

AZƏRTAC xəbər verir ki, turun ilk qarşılaşmasında “Səbail” və “Araz-Naxçıvan” komandaları üz-üzə gəliblər. “ASCO Arena”da keçirilən görüş Naxçıvan təmsilçisinin 2:0 hesablı qələbəsi ilə başa çatıb.

Komandanın qollarını 45+2-ci dəqiqədə penaltidən Ramon Maçado, 56-cı dəqiqədə isə Bernardu Diaş vurublar.

Bu nəticədən sonra qonaqlar 39 xalla liderliyə yüksəlib, meydan sahibləri isə 8 xalla sonuncu – 10-cu pillədə qalıb.

Günün ikinci matçında “Sabah” “Qarabağ”ı qəbul edəcək. “Bank Respublika Arena”da təşkil ediləcək qarşılaşma saat 18:00-da start götürəcək.

Qeyd edək ki, XVI turun digər görüşləri dekabrın 8-9-da reallaşacaq.

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
Читать полностью