Misli Premyer Liqası: ArazNaxçıvan Turan Tovuzu üstələyib

29.11.2024

Icma.az bildirir, Cbcsport saytına əsaslanaraq.

Misli Premyer Liqasında "Araz-Naxçıvan" klubu "Turan Tovuz"a qalib gəlib.

XV turun açılış oyunu "Liv Bona Dea Arena"da gerçəkləşib.

Qarşılaşma meydan sahiblərinin minimalhesablı qələbəsi ilə yekunlaşıb. Yeganə qolu 75-ci dəqiqədə Felipe Santos qərb təmsilçisinin qapısından keçirib.

Elmar Baxşıyevin rəhbərlik etdiyi kollektiv xallarının sayını 36-ya çatdıraraq liderliyə yüksəlib. "Turan Tovuz" isə 27 xalla üçüncü sırada qərarlaşıb.

Qeyd edək ki, günün ikinci qarşılaşması bu gün "Sabah" və "Səbail" komandaları arasında baş tutacaq. Gö`rüşün start fiti saat 19:00-da səslənəcək.

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
Читать полностью