Misli Premyer Liqası bir oyunla start götürür

18.04.2025

Bakivaxti saytından verilən məlumata görə, Icma.az xəbər verir.

Misli Premyer Liqasında XXXI tura bu gün bir oyunla start veriləcək.

Bakıvaxtı.az xəbər verir ki, açılış matçında “Araz-Naxçıvan” Bakıda “Turan Tovuz”u qəbul edəcək.

“Liv Bona Dea Arena”da Əliyar Ağayevin idarə edəcəyi görüşün start fiti saat 19:00-da səsləndiriləcək.

“Araz-Naxçıvan” hazırda turnir cədvəlində 52 xalla üçüncü pillədə yer alıb. Dördüncü olan “Turan-Tovuz”un 47 xalı var.

Misli Premyer Liqası

IV dövrə, XXXI tur

18 aprel

19:00. “Araz-Naxçıvan” – “Turan Tovuz”

Hakimlər: Əliyar Ağayev, Zeynal Zeynalov, Akif Əmirəli, Kamran Əliyev.

VAR: Tural Qurbanov.

AVAR: Asiman Əzizli.

Hakim-inspektor: Babək Quliyev.

AFFA nümayəndəsi: Elgiz Abbasov.

"Liv Bona Dea Arena"

Qeyd edək ki, tura aprelin 20-də yekun vurulacaq.

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
Читать полностью