Misli Premyer Liqası: Bu gün daha iki oyun keçiriləcək AZƏRTAC

30.11.2024

Azertag saytından alınan məlumatlara görə, Icma.az xəbər verir.

Bakı, 30 noyabr, AZƏRTAC

Bu gün Misli Premyer Liqasında XV turun növbəti oyunları keçiriləcək.

AZƏRTAC xəbər verir ki, əvvəlcə meydana “Şamaxı” və “Kəpəz” komandaları çıxacaqlar. Şamaxı şəhər stadionununda təşkil olunacaq matçın start fiti 14:30-da səslənəcək.

“Şamaxı” kollektivi 13 xalla turnir cədvəlində 7-ci, aktivində 7 xalı olan “Kəpəz” isə 10-cu sırada qərarlaşıb.

Günün digər görüşündə “Zirə” “Sumqayıt”ı qəbul edəcək. Zirə İdman Kompleksinin stadionununda reallaşacaq qarşılaşma saat 17:00-da başlayacaq. “Zirə” 20 xalla 5-ci, “Sumqayıt” isə 16 xalla 6-cı yerdədir.

Qeyd edək ki, turun daha əvvəl baş tutan oyunlarında “Araz-Naxçıvan” “Turan Tovuz”a, “Sabah” isə “Səbail”ə 1:0 hesabı ilə qalib gəlib. Tura dekbarın 1-də yekun vurulacaq.

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
Читать полностью