Misli Premyer Liqası: Bu gün ilin son oyunları keçiriləcək AZƏRTAC

22.12.2024

Azertag saytından əldə olunan məlumata görə, Icma.az məlumat yayır.

Bakı, 22 dekabr, AZƏRTAC

Bu gün Misli Premyer Liqasında ilin son oyunları keçiriləcək.

AZƏRTAC xəbər verir ki, XVIII turda “Şamaxı” doğma meydanda “Sabah”ı qəbul edəcək. Görüş saat 14:00-da başlayacaq.

Meydan sahibləri 14 xalla 8-ci, qonaqlar isə 26 xalla 5-ci sıradadır.

Son matçda "Qarabağ" Tofiq Bəhramov adına Respublika Stadionunda "Araz-Naxçıvan"ı sınağa çəkəcək. Matç 16:30-da başlayacaq.

Ağdam klubu 44 xalla turnir cədvəlinə başçılıq edir. Naxçıvan təmsilçisi isə 39 xalla 2-ci pillədə qərarlaşıb.

Qeyd edək ki, turun əvvəlki oyunlarında "Zirə" səfərdə "Səbail"i məğlub edib - 1:0. "Turan Tovuz" - "Neftçi" (1:1), "Kəpəz" - "Sumqayıt" oyunlarında isə heç-heçə qeydə alınıb.

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
Читать полностью