Misli Premyer Liqası: Bu gün Karvan Yevlax Kəpəz matçı keçiriləcək

10.04.2026

Icma.az, Demokrat.az saytından verilən məlumata əsaslanaraq xəbər yayır.

Bu gün futbol üzrə Misli Premyer Liqasında XXVII tura start verilir.
Demokrat.az
xəbər verir ki, ilk oyun günündə bir matç keçiriləcək.
Günün yeganə matçında "Karvan-Yevlax" doğma meydanda "Kəpəz"i qəbul edəcək. Yevlax şəhər stadionunda baş tutacaq qarşılaşma saat 15:30-da start götürəcək.
Qeyd edək ki, Yevlax təmsilçisi 26 turdan sonra cəmi 8 xalla turnir cədvəlinin sonuncu pilləsində qərarlaşıb. "Kəpəz" klubu isə 21 xalla 10-cu yerin sahibidir.
10 aprel
15:30. "Karvan-Yevlax" - "Kəpəz"
Hakimlər: Nicat İsmayıllı, Zeynal Zeynalov, Gülnurə Əkbərzadə, Ruslan Quliyev
VAR: Emin Əliyev
AVAR: Elçin Məsiyev
Hakim-inspektor: Ramil Diniyev
AFFA nümayəndəsi: Novruz Əzimov
Məkan: Yevlax şəhər stadionu.
Demokrat.az
Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
Читать полностью