Misli Premyer Liqası dünyada neçəncidir?

19.01.2025

Icma.az, Qol.az portalına istinadən məlumat yayır.

Beynəlxalq Futbol Tarixi və Statistikaları Federasiyası (İFFHS) 2024-cü ilin yekununa əsasən, dünyanın ən güclü 100 futbol liqasının siyahısını dərc edib.

QOL.az AFFA-ya istinadən xəbər verir ki, Azərbaycan Premyer Liqası 2023-cü illə müqayisədə cədvəldə 4 pillə irəliləyib. Çempionatımız 434,25 əmsalla planetin 36-cı yerinə yüksəlib.

Azərbaycan Premyer Liqası bu göstərici ilə Avropada 22-ci, keçmiş SSRİ ölkələri arasında isə 1-ci sıradadır.

Siyahıya aktivində 1992 əmsal olan İtaliya A Seriyası başçılıq edir. İspaniya La Liqası 2-ci (1885 əmsal), İngiltərə Premyer Liqası isə 3-cü sırada (1871) qərarlaşır.

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
Читать полностью