Misli Premyer Liqası: III turdan təxirə salınan oyun keçiriləcək

06.11.2024

Icma.az, Cbcsport portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.

Bu gün Misli Premyer Liqasının III turundan təxirə salınan oyunda "Zirə" "Araz-Naxçıvan"ı qəbul edəcək.

Qarşılaşma Zirə İdman Kompleksinin stadionunda baş tutacaq.

Matçın start fiti saat 19:00-da səslənəcək.

Misli Premyer Liqası

I dövrə, III tur

6 noyabr

19:00. “Zirə” – “Araz-Naxçıvan”
Hakimlər: Rauf Cabarov, Eyyub İbrahimov, Asiman Əzizli, Kamran Əliyev.
VAR: Nicat İsmayıllı.
AVAR: Kamran Bayramov.
Hakim-inspektor: Ramil Diniyev.
AFFA nümayəndəsi: İlham Əliyev.
Zirə İdman Kompleksinin stadionu

Qeyd edək ki, paytaxt təmsilçisi 11 oyundan sonra 20 xalla dördüncü, Naxçıvan klubu 24 xalla üçüncü pillədə qərarlaşıb.

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
Читать полностью