Misli Premyer Liqası: “İmişli” “Kəpəz”ə qarşı

24.10.2025

Icma.az, Idman.biz portalına istinadən məlumat verir.

Misli Premyer Liqasının IX turunun ilk oyunu Qəbələdə start götürəcək.

İdman.Biz xəbər verir ki, “Kəpəz” “İmişli”ni qəbul edəcək.

Mövsümdə ilk qələbəsini ötən tur rəsmiləşdirən “sarı-göylər” növbəti qələbə üçün bütün səylərini səfərbər edəcək. Lakin qonaq komanda da qalibiyyət arzusundadır. “Pələnglər” sona qədər mübarizə aparmağı bacaran, intizamlı oyunu ilə seçilən komandadır. Gəncə təmsilçisi 3 xalla turnir cədvəlində sonuncu yerdə olsa da, İmişlinin eyniadlı klubu 9 xalla 8-ci pillədə qərarlaşıb.

Misli Premyer Liqası
I dövrə, IX tur
17:00. “Kəpəz” - “İmişli”

Hakimlər: Kamal Umudlu, Vüsal Məmmədov, Zöhrab Abbasov, İslam Məmmədov
VAR: Cavid Cəlilov
AVAR: Müslüm Əliyev
Hakim-inspektor: Rəhim Həsənov
AFFA nümayəndəsi: Eldar Məmmədov
Qəbələ. Şəhər stadionu

Qeyd edək ki, turun digər oyunları sabah və bazar günün davam edəcək.

İdman.Biz

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью