Misli Premyer Liqası: “Kəpəz” “ArazNaxçıvan”ı qəbul edəcək

22.11.2024

Unikal.az portalından verilən məlumata görə, Icma.az xəbər yayır.

Bu gün futbol üzrə Misli Premyer Liqasında XIV tura start veriləcək.

"Unikal" xəbər verir ki, ilk oyun günündə bir qarşılaşma keçiriləcək. Turnir cədvəlinin autsayderi “Kəpəz” “Araz-Naxçıvan”ı qəbul edəcək. Tovuz şəhər stadionunda reallaşacaq görüş saat 17:00-da başlayacaq. Matçı FIFA referisi Elçin Məsiyev idarə edəcək.

Gəncə klubu 7 xalla sonuncu – 10-cu, 30 xalı olan Naxçıvan təmsilçisi isə 2-ci pillədə qərarlaşıb.

Qeyd edək ki, XIV turun digər qarşılaşmaları noyabrın 23-24-də təşkil olunacaq.


Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью