Misli Premyer Liqası klubu baş məşqçini istefaya göndərdi

13.10.2026

Qol.az saytından verilən məlumata əsasən, Icma.az məlumatı açıqlayır.

Misli Premyer Liqası klubu baş məşqçini istefaya göndərdi

“İmişli” baş məşqçi Fərid Namazov ilə yollarını ayırıb.

QOL.az xəbər verir ki, bu barədə klubun mətbuat xidməti məlumat yayıb.

Mütəxəssislə mövcud müqaviləyə qarşılıqlı razılaşma əsasında xitam verildiyi bildirilib.

Qeyd edək ki, F.Namazov bu ilin iyul ayında "İmişli"nin baş məşqçisi təyin edilmişdi. "İmişli" Misli Premyer Liqasında 7 turdan sonra 4 xalla 9-cu pillədə qərarlaşıb.

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью