Azertag portalından verilən məlumata görə, Icma.az xəbər yayır.
Bakı, 29 avqust, AZƏRTAC Futbol üzrə Misli Premyer Liqasında III tura start verilib.AZƏRTAC xəbər verir ki, ilk oyun günündə 2 qarşılaşma keçirilib.Günün ilk matçında çempionatın lideri “Sumqayıt” “Şamaxı”nı qəbul edib.
Mehdi Hüseynzadə adına Sumqayıt şəhər stadionunda oynanılan görüş 1:1 hesablı heç-heçə ilə yekunlaşıb.Hazırda “Sumqayıt” 7 xalla turnir cədvəlinə başçılıq edir.
İki xalı olan “Şamaxı” 7-ci pillədə qərarlaşıb.Digər qarşılaşmada isə “Neftçi” doğma meydanda “Turan Tovuz”a 0:1 hesabı ilə uduzub.Tovuz təmsilçisi 6 xalla 2-ci, Bakı klubu isə 2 xalla 8-ci sırada yer alıb.Turun digər oyunları avqustun 30-31-də keçiriləcək.
Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.