Misli Premyer Liqası: Neftçi penalti qolu ilə “Şamaxı”ya qalib gəlib

31.01.2025

Icma.az, Azertag portalına istinadən məlumat yayır.

Bakı, 31 yanvar, AZƏRTAC

Misli Premyer Liqasında XXI turun növbəti oyunu keçirilib.

AZƏRTAC xəbər verir ki, “Neftçi” doğma meydanda “Şamaxı” ilə qarşılaşıb. “Neftçi Arena”dakı oyun "ağ-qaralar"ın 1:0 hesablı qələbəsi ilə yekunlaşıb.

Yeganə qolu 45+4-cü dəqiqədə penaltidən Emin Mahmudov vurub.

Bu nəticədən sonra xallarını 21-ə çatdıran "Neftçi" 7-ci pillədə qərarlaşıb. 17 xalı olan “Şamaxı” isə 9-cu sıraya geriləyib.

Qeyd edək ki, turun açılış oyununda “Kəpəz” Tovuzda “Sabah”ı 3:2 hesabı ilə məğlub edib. XXI tura fevralın 2-də yekun vurulacaq.

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
Читать полностью