Misli Premyer Liqası: Neftçi Zirəyə qalib gəlib AZƏRTAC

23.11.2024

Icma.az, Azertag portalına istinadən məlumat yayır.

Bakı, 23 noyabr, AZƏRTAC

Misli Premyer Liqasında XIV turun növbəti oyunu keçirilib.

AZƏRTAC xəbər verir ki, "Neftçi" doğma meydanda "Zirə" ilə qarşılaşıb. Görüş ev sahibi komandanın 2:1 hesablı qələbəsi ilə yekunlaşıb.

Bu qələbə ilə xallarını 13-ə çatdıran "Neftçi" 7-ci pilləyə yüksəlib. "Zirə" isə 20 xalla 4-cü yerdə qalıb.

Günün ilk oyununda “Qarabağ” “ASCO Arena”da “Səbail”lə qarşılaşıb. Görüş Ağdam təmsilçisinin 3:0 hesablı qələbəsi ilə başa çatıb.

Qeyd edək ki, XIV turun açılış oyununda "Araz-Naxçıvan" "Kəpəz"ə 2:0 hesabı ilə qalib gəlib. Tura noyabrın 24-də keçiriləcək 2 oyunla yekun vurulacaq.

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
Читать полностью